Accessibility links

İsrailin baş naziri Ehud Olmertlə fələstinlilərin prezidenti Mahmud Abbas görüş keçirib


İsrailin baş naziri Ehud Olmert fələstinlilərin prezidenti Mahmud Abbasla bu gün Yaxın Şərqdə Sülh konfransı ərəfəsində fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə görüş keçirir.

Baş nazir Olmert Birləşmiş Ştatların sponsorluq etdiyi sülh konfransı ərəfəsində xoşməramlı addım kimi 441 nəfər fələstinli məhbusun azad edilməsi barədə kabinetin təsdiqini qəbul edib. Fələstin rəsmiləri isə İsraili 2000-dən çox məhbusun azad edilməsinə çağırırdılar.

Sabah isə İsrailin baş naziri ərəb dünyasında sülh konfransına dəstək əldə etmək üçün Misir prezidenti Hüsnü Mübarəklə görüşəcək.

XS
SM
MD
LG