Accessibility links

Yaponiya müxalifəti hərbi qüvvələrinin İraqdakı missiyasına məhdudiyyətlər qoyub


Yaponiya müxalifətinin qanunverciləri ölkənin hava qüvvələrinin İraqdakı missiyasına məhdudiyyətlər qoyub. Bu isə hökumətlə müxalifət arasındakı qarşıdurmanı gücləndirməkdədir. Qanun bu gün parlamentin Yuxarı Palatasında qəbul olunub. Lakin güman ki, qanunverici orqanın hakim Liberal Demokrat Partiyası tərəfindən nəzarət olunan Aşağı Palatası bu qanunu təsdiq etməyəcək.

İyul ayında parlament seçkilərində qələbə qazanandan bəri Yaponiya Demokrat Partiyası hakimiyyətin bir sıra siyasi addımlarına qarşı çıxış etməyə başlayıb.

XS
SM
MD
LG