Accessibility links

İraqda onlarla adam həbs edilib


Dünən İraqın təhlükəsizlik qüvvələri tərəfindən Bağdadda sünni ərəb siyasətçisi Ədnan Əl-Dulayminin ofisi yaxınlığında partlayıcı maddələr olan iki maşın aşkar edilib. Bununla əlaqədar bu gün səhər polisin Ədnan Əl-Dulayminin evində yoxlanış apardığı və onun oğlu da daxil edilməklə, 30 nəfərin həbs edildiyi xəbər verilir. Cənab Dulaymi partlayıcı maddələr olan maşınların onun ofisində yox, ofisdən kənarda aşkar edildiyini iddia edir.

Qeyd edəki ki, Dulaymi İraq parlamentinin əsas bloku olan İraq Razılıq Cəbhəsinin liderlərindəndir. O, İraqın baş naziri, şiə Nuri Əl-Malikini tənqid edənlərdəndir.

Digər xəbərdə isə Avstraliyanın yeni baş naziri gələn ilin ortalarında ölkəsinin 550 nəfər hərbiçisini İraqdan çıxaracağını dediyi bildirilir.

XS
SM
MD
LG