Accessibility links

Əfqanıstandakı koalisya qüvvələri Musa Qalaya daxil olublar


Əfqan və NATO qüvvələri Helmənd vilayətindəki Musa Qalanı Taliban yaraqlıların əlindən geri almaq məqsədilə aparılan əməliyyatların bir hissəsi kimi şəhərin içərisinə doğru hərəkət ediblər. Əfqanıstanın Müdafiə Nazirliyi bildirir ki, çoxunu britaniyalı və əfqan əsgərlər təşkil edən birgə qüvvə, bu gün şəhərə doğru irəliləyib və artıq 2 yüksək rütbəli Taliban komandırını ələ keçirib. Talibana yaxın mənbə bildirib ki, yaraqlılar Musa Qalada döyüşə hazırlıq məqsədilə güclü mövqe tutublar. Cümə günü başlayan döyüşlər zamanı 12 militant ölüb. Toqquşmalar zamanı habelə 2 uşaq və bir ingilis əsgəri də həlak olub. Taliban yaraqlıları fevral ayından Musa Qalaya nəzarət edirlər. Nəzarət onların əlinə Böyük Britaniya qoşunlarının geri çəkilməsi və təhlükəsizlik məsuliyyətini yerli orqanlara təhvil verməsindən sonra keçmişdi.
XS
SM
MD
LG