Accessibility links

Senat Gürcüstanda seçkilərin azad və ədalətli keçirilməsinə çağırır


ABŞ senatoru Riçard Luqarın sözlərinə görə, Senatın Gürcüstanda qarşıdakı seçkiləri azad və ədalətli keçirməsinə çağırması ilə bağlı qərarı Birləşmiş Ştatlar qanunvericilərinin gələn ay keçiriləcək seçkilərə ehtiyatla yanaşdığını göstərir. Amerikanın Səsinin Gürcüstan xidmətinə açıqlaması zamanı cənab Luqar rəsmi Tbilisinin keçmiş Sovet ölkəsində demokratik təcrübələri gücləndirməyə davam edəcəyinə nikbin olduğunu deyib.

Senatın keçən həftə açıqlanan tövsiyyə mahiyyətli qərarı Gürcüstan rəsmilərini seçkiləri ədalətli və şəffaf keçirməyə çağırırdı. Qərar həmçinin prezident Buşdan prosesə güclü dəstək verdiyini deməsini istəyir.

XS
SM
MD
LG