Accessibility links

ABŞ-da şəkər zavodunda partlayış olub


ABŞ-ın Ceorcia Ştatının Savanna şəhərində şəkər emalı zavodunda baş verən partlayış zamanı 42 nəfər həlak olub, 6 nəfərin axtarışı isə davam edir. Partlayış böyük bir ərazinin yanmasına səbəb olduğundan yanğın söndürənlər 12 saatdan çoxdur ki, hələ də nəzarəti ələ almağa çalışırlar. Emal zavodu İmperial Şəkər Şirkətinə məxsusdur. Sirkətin sözçüsü deyir ki, partlayış emal edilmiş şəkərin saxlanıldığı bunkerdə baş verib. Partlayış zamanı içəridə 100-dən çox işçi olub.

XS
SM
MD
LG