Accessibility links

Corc Buş dünya ölkələrini Darfur regionundakı zorakılıqlara qarşı səylərini artırmağa çağırıb


Prezident Buş dünya ölkələrini Sudanın Darfur regionunda baş verən zorakılıqların qarşısının alınması üçün səylərini artırmağa çağırıb. Bu gün Ruandada açıqladığı bəyanatında cənab Buş deyib ki, Darfura göndəriləcək sülhməramlı qüvvələrin təlimi və təchizatı üçün 100 milyon dollar məbləğində pul ayrılıb. Prezident Buş Darfurda baş verən qətlləri genosid adlandırıb.

Corc Buş 1994-cü ildə Hutu ekstremistləri tərəfindən Tutsilərə qarşı həyata keçirilən soyqırıma həsr edilmiş abidəni ziyarət edib. Etnik zorakılıqlar nəticəsində qətlə yetirilən 800 000 qurbanın xatirəsini anmağa gələn prezident Buş dünyada şərə qarşı mübarizəyə çağırıb.

Prezident Buş və birinci xanım Lora Buş Ruandada olduqları müddətdə Kiqalidə yeni ABŞ səfirliyinin açılışında da iştirak edəcəklər.

XS
SM
MD
LG