Accessibility links

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Ohayo və Texasda ilkin seçkilərin qalibi oldu


ABŞ prezidentliyinə namizəd demokrat senator Hillari Klinton Texas və Ohayo ştatlarındakı praymerizlərdə qələbə əldə edib. Respublikaçı namizəd Con Makkeyn də öz partiyasından nominasiyasını təminat altına alıb. Senator Barak Obama Vermond ştatında qələbə əldə edib. Hillari Klinton Ohayonun Kolumbus şəhərindəki tərəfdarları qarşısında deyib ki, nominasiya uğrunda mübarizə davam etməkdədir. Sabiq birinci xanım bildirib ki, hələ Amerika tarixində heç bir namizəd nə respublikaçı, nə də demokrat Ohayoda qələbə əldə etmədən prezident seçilməyib. Barak Obama Texas ştatının San Antonio şəhərindəki çıxışı zamanı xanım Klintonu təbrik edib. O, Demokrat partiyasında nominasiyasının irəli sürülməsi üçün nümayəndələrin sayı baxımından irəlidə olduğunu deyib.
XS
SM
MD
LG