Accessibility links

İspaniyada seçkilər keçirilir


Bu gün İspaniyada ümummilli seçkilər keçirilir. Seçkilərdə hakimiyətdə olan Sosialist partiyasının qalib gələcəyi gözlənilir. Mühafizəkar Xalq Partiyasından Mariano Rahoy ilə mübarizə aparan sosialist baş nazir Hose Luiz Rodrigez Zapatero ikinci müddətə seçilməyə yaxındır. Seçki kampaniyaları sona çatanadək keçirilən ictimai rəy sorğularına əsasən baş nazir cənab Rahoy üzərində aşkar üstünlüyə malikdir. Yerli şura üzvü olmuş İsayas Karrasko cümə günü ölkənin Bask regionunda evi qarşısında güllə ilə vurulub. Məsuliyyəti öz üzərinə götürən olmasa da, həm hökumət, həm də müxalifət hadisəyə görə Bask separatçı qrupu ETA-ni ittiham edir.
XS
SM
MD
LG