Accessibility links

Pakistanın baş naziri ABŞ-ın terrorizmə qarşı müharibəsinə siyasi yanaşma tərzini müdafiə edir


Pakistanın yeni baş naziri Yusif Raza Gilani prezident Buş terrorizmə qarşı mübarizədə daha geniş siyasi yanaşma tərzinə dəstək verdiyini deyib. Cənab Gilaninin şərhləri Birləşmiş Ştatlarla əməkdaşlıq edərək, yaraqlılara qarşı sərt mövqe tutan prezident Pərviz Müşərrəfin tonundan fərqli tona işarə kimi qiymətləndirlir. Cənab Buş dünən baş nazir vəzifəsinin rəsmən icrasına başlayandan sonra cənab Gilaniyə zəng edib. Baş nazir Gilani prezident Buşa deyib ki, Pakistan terrorizmə qarşı mübarizəni davam etdirəcək, çünki, ölkənin maraqları bunu tələb edir. Lakin o, bu mübarizədə terrorizmin yayıldığı regionlar üçün inkişaf proqramları kimi siyasi vasitələrdən istifadə etmək istəyir.
XS
SM
MD
LG