Accessibility links

Hillari Klinton və Barak Obama kampaniyalarını Pensilvaniya ştatında davam etdirirlər


ABŞ prezident seçilərində Demokrat partiyasından namizədlər, Hillari Klinton və Barak Obama partiyadan nominasiya almaq üçün növbəti ilkin seçkilərin keçiriləcəyi Pensilvaniya ştatında kampaniya aparırlar. Rəy sorğuları aprelin 22-də keçiriləcək ilkin seçkidən öncə Pensilvaniya ştatında Hillari Klintonun irəlidə olduğunu göstərir.

İllinoys ştatından senator Barak Obama daha bir güclü siyasi dəstək alıb. Minnesota ştatından super nümayəndə, senator Emi Klobuçar senator Obamaya dəstəyini bildirib. Senator Klintondan irəlidə olan Barak Obama daha çox ştat və nümayəndənin səsini alıb. Nyu York ştatından senator Klinton partiyanın Obamanın arxasında birləşə bilməsi üçün seçki marafonundan çıxmaq çağırışlarını rədd edib.

Respublikaçılara gəldikdə, Arizona ştatından senator Con Makkeyn özünün boya-başa çatdığı, hərbi qulluğu və ölkəyə xidmət etdiyi yerlərə bir həftəlik bioqrafik tura başlayıb. Senator Makkeyn bu ştatlarda çıxışları zamanı İraqda vəziyyətə geniş yer verib.

XS
SM
MD
LG