Kiprdə səfərdə olan BMT rəsmisi adanın yunan və türk liderlərinin sülhə sadiq qalmasını yüksək qiymətlənidirib. BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Lin Pasko bunu müsbət ton adlandırıb və danışıqlar üçün əlverişli imkanın yarandığını deyib. Pasko iyun ayına təyin olunacağı gözlənilən yeni danışıqlara dəstək vermək məqsədilə həftənin əvvəli Kiprin yunan prezidenti Dimitris Xristofias və Kipr türklərinin lideri Mehmet Əli Talatla görüşlər keçirib. Hər iki lider keçən ay Kiprin bölünmüş paytaxtı Nikosiyada keçid məntəqəsinin açılışına razı olub. Kipr hökumətinin sözçüsü Ledra keçidinin cümə axşamı açılacağını elan edib.