Accessibility links

Belarus ABŞ-dakı səfirliyinin işçi heyətini azaltdığını bildirib


Belarus rəsmiləri Amerikadakı səfirliyinin heyətinin 7 nəfərə qədər azaldıldığını və ABŞ-ın da eyni addımı atacağını gözlədiklərini bəyan edib. Xarici işlər nazirinin müavini Viktar Haysyonak jurnalistlərə bildirib ki, Belarus Vaşinqtonda səfir və 7 diplomatını saxlamaq, qalan personalı isə geri çağırmağı planlaşdırır. Onun sözlərinə görə, rəsmi Vaşinqton hadisəyə heç bir münasibət bildirməyib. Nazir müavini deyib ki, ABŞ-la gələcək danışıqların başlıca mövzusu rəsmi Vaşinqtonun Belarusun dövlət nəzarətində olan enerji monopoliyası Belnefteximə qoyduğu sanksiyaları tam və qeyd-şərtsiz ləğv etməsi barədə olacaq.
XS
SM
MD
LG