Accessibility links

Hillari Klintonun İndiana ştatındakı ofisində yanğın baş verib


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun İndiana ştatındakı kampaniya ofisi yanğın nəticəsində sıradan çıxıb. Gecə yarısından sonra yanğın baş verərkən ofisdə iki nəfərin olduğu bildirilir. Onların xəsarət almadan ofisdən çıxmağa nail olduqları deyilir. Yanğının səbəblərinin araşdırılması üçün təhqiqat aparılır. Rəsmilərin bildirdiyinə görə, indiyədək yanğının qəsdən törədildiyinə dair dəlil əldə edilməyib.

Demokrat partiyasından prezidentliyə hər iki namizəd - Hillari Klinton və Barak Obama may ayının 6-da İndianada keçiriləcək praymeri öncəsi bu ştatda ofislər təsis edib.

XS
SM
MD
LG