Accessibility links

Türkiyə-Asiyadan Avropaya enerji körpüsü


Vaşintondakı Ceymstaun fondunda “Türkiyənin Asiyadan Avropaya enerji körpüsü kimi rolu” mövzusunda konfrans keçirilib. Müzakirə iştikraçıları Bakı-Tbilisi-Ceyhan layihəsinin gerçəkləşməsilə Türkiyənin regionda enerji tranziti kimi rolunun gücləndiyini qeyd ediblər. Dilşad Əliyarlı daha ətraflı məlumat verir.

Türkiyə Xarici İşlər nazirliyinin enerji məsələlərilə üzrə keçmiş koordinatoru Mithət Balkan Türkiyənin qonşu region dövlətlərinin hər birilə enerji münasibətlərinə malik olduğu dedi. O, Rusiya ilə "Mavi axın" layihəsi, Azərbaycanla Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri, İranla müxtəlif qaz kəmərləri, İraqla Kərkük-Ceyhan neft boru xəttini, gələn il işə düşəcək Suriya ilə Misir boru kəmərini qeyd etdi. Mithət Balkan bununla yanaşı Türkiyə vasitəsilə İtaliya və Yunanıstana, habelə Rumıniya, Macarıstan və Avstriyaya təbii ehtiyatları nəql edəcək Nabukko kimi layihələri göstərdi. O, Bakı-Tbilisi-Ceyhanın ən böyük müvəffəqiyyət oldğunu dedi.

Mithət Balkan bildirdi ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin əhəmiyyəti ondan ibarətdir ki, bununla ilk dəfə olaraq Xəzər nefti və qazı Rusiyanı ötməklə qərbə birbaşa çatdırılmağa başladı. “Bu gün Azərbaycan qazı artıq Yunanıstana nəql edilir və müəyyən vaxtdan sonra onun İtaliya hissəsi də açılacaq”-deyə o əlavə etdi.

Midhət Balkan Nabukko layihəsi ətrafında danışıqların davam etdiyini və Azərbaycanın kifayət qədər qazı olduğunu və bu qazı kəmərlə nəql etməyə hazır olduğunu bildirdi. O qeyd etdi ki, bu layihələrin tarixinə nəzərə saldıqda, onların Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi birinci fazası, Nabukko və digər yeni layihələr kimi ikinci fazasını kimi göstərmək olar.

Mithət Balkan Bakı-Tbilisi-Ceyhanın üç dövlətin, Azərbaycan, Gürcüstan və Türkiyənin layihəyə ilk gündən inamı nəticəsində yarandığını deyərək ABŞ-ın layihəyə əvvəlcədən böyük dəstək verdiyini xüsusi qeyd etdi.

Tədbirdə məruzə ilə çıxış edən Hadson institutunda Avrasiya siyasəti mərkəzinin direktoru Zeyno Baran da Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin gerçəkləşməsinin tarixi, layihənin baş tuta bilməsi və müvəffəqiyyətinin səbəblərindən danışdı.

Zeyno Baran ABŞ-ın layihəyə dəstəyini qeyd edərək dedi ki, Xəzər neftini qərbə daşıyacaq bir kəmərin inşası ideyası hazırkı, ya da o vaxtı administrasiyanın siyasəti deyil, bu, Amerikada partiya mənsubiyyətindən asılı olmayaraq dəstəklənən bir layihə idi. O, qərbin Azərbaycan neftini tranzit etmək üçün etibarlı tərəfdaş axtarırdığını dedi və Türkiyənin ən münasib ölkə olduğunu qeyd etdi.

Zeyno Baran dedi ki, kəmərin İran ərazisindən keçməməsinin səbəbiniəkcə ABŞ-ın bu fikrə etiraz etməsilə izah etmək olmaz. “Azərbaycanlılar kəmərin İrandan keçməsini istəmirdilər, çünki Qarabağ məsələsində İran Ermənistanı dəstəkləyirdi və buna görə də Azərbaycan öz nefti və qazını nyaxın dost,deyildiyi kimi, bir millət, iki dövlət olan Türkiyə ərazisindən keçməsinin istəyirdi. Zeyno Baran prezident Əliyev, prezident Demirel və prezident Şevardnadzenin ABŞ-dan layihənin dəstəkləməsində kömək istədiyini dedi.

Təhlilçi ABŞ-da layihə ətrafında gedən mübahisələrdən, xüsusilə də onun kommersiya cəhətdən deyil, geo-siyasi baxımdan münasib olduğu deyilən vaxtları xatırladı. O dedi ki, layihənin gerçəkləşməsilə sanki bir siyasi siqnal göndərildi ki, əgər Rusiya Gürcüstanda qeyri-sabitlik yaratmaq istəsə, Türkiyə, Azərbaycan və ABŞ Gürcüstanı dəstəkləyəcəklər.

Zeyno Baran Türkiyənin enerji körpüsü rolunun artmasını Bakı-Tbilisi-Ceyhanın və digər layihələrin müvəffəqiyyətilə izah etdi və dedi ki, region ölkələri, xüsusilə də Azərbaycan və Qazxıstan post-sovet modelindən uzaqlaşaraq dünyəvi dövlət sistemi yaratmaq istəmiş və bu mənada Türkiyəni özlərinə bir model kimi götürmüşlər.

Nabukko layihəsinə gəldikdə, Zeyno Baran bu layihəyə cəlb olunmuş ölkələrdə inam bir o qədər hiss olunmadığını dedi. “BTC-də olmadığı kimi, burada qiymətlər ətrafında mübahisələri görürük. Amma mesaj odur ki, Azərbaycanda və Türkmənistanda kifayət qədər qaz var və bu layihəni həyata keçirmək mümkün olacaq. Burada bir vahid siyasi xətt yerildməlidir. Kağızda bu, prioritet layihə kimi görünür, amma gerçəkdə bu belə olmalıdır. Burada Avropa Birliyi səviyyəsində bir siyasi kurs yeridilməlidir.”-deyə Zeyno Baran bildirdi.

Təhlilçi regionun enerji layihələrinin gerçəkləşməsinə ABŞ-ın dəstəyini qeyd edərək, bunun Türkiyə və Birləşmiş Ştatlar arasında əməkdaşlığın mühüm amil kimi çıxış etdiyini bildirdi.

XS
SM
MD
LG