Accessibility links

"Nərgiz" siklonundan zərər çəkən ərazilərə yardım edilməyə başlanılıb


Keçən şənbə günü baş verən siklon nəticəsində Birmada 22 000-dən çox insanın həyatını itirməsindən sonra beynəlxalq yardım təşkilatları bu ölkəyə yardım göndərməyə başlayıb. Rəsmilər ən çox zərər çəkən ərazilərdə 41 000-ə qədər insanın itkin düşdüyünü deyir. "Nərgiz" siklonunun yüz minlərlə insanın evsiz-eşiksiz qalmasına səbəb olduğu və bu insanlar üçün içməli suyun və ərzaqın çatışmadığı bildirilir.

İlk xarici yardım bu gün Ranquna Taylanddan gəlib və belə yardımlar davam etdiriləcək. Əvvəllər beynəlxalq ictimaiyyətin yardımından imtina edən Birma indi xarici ölkələırin rəsmilərinə və təşkilatlara yardımları qəbul edəcəyini bildirib. Birləşmiş Ştatlar və bir neçə Avropa dövləti artıq yardım təklif etmişlər.

XS
SM
MD
LG