Accessibility links

İraq ordusu Əl-Qaidənin ölkədəki üç liderini ələ keçirib


ABŞ-ın İraqdakı hərbi qüvvələri bildirir ki, İraq ordusu yol kənarı bomba hücumlarının həyata keçiriləməsində əli olan Əl-Qaidənin İraqda üç liderini ələ keçirib. Bu gün açıqlanmış bəyanatda deyilir ki, şübhəlilər Bağdaddan şimalda Kərkük vilayətində və Tarmiya və Cüdeydə şəhərlərində ayrı-ayrı əməliyyatlar zamanı ələ keçiriblər. ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə, Birləşmiş Ştatların Xüsusi təyinatlı qüvvələri İraq ordusuna bütün üç əməliyyat zamanı təlimat verib.

Amerika hərbi qüvvələri həmçinin İraqın xüsusi əmliyyat qrupularının şiə ruhani lider Müqtəda əl-Sədr tərəfadarı yaraqlıların istinadgahı olan Bağdadın Sədr şəhəri ətrafında üç cinayətkarı ələ keçirdiyi haqda məlumat verib. ABŞ və İraq qüvvələri Sədr şəhərində son həftələr şiə yaraqlılara qarşı döyüşlər aparır.

XS
SM
MD
LG