Accessibility links

Mayın 10-u Corc Buşun qızının toy mərasimi keçiriləcək


ABŞ prezidenti Corc və birinci xanım Lora Buşların 27 yaşlı əkiz qızlarından biri Cenna mayın 10-da ailə qurmağı planlaşdırır. Birinci xanım Lora Buş Cenna Buşun qarşıdan gələn toy mərasiminin kiçik və yaxın adamları arasında keçiriləcəyini bildirib. Buş ailəsinin Texasın Krouford şəhərindəki rançosunda keçiriləcək mərasimə 200 nəfərin qatılacağı gözlənilir.

Bu toy 1971-ci il prezident Riçard Niksonun qızı Trisinanın toy mərasimindən tamamilə fərqlənir: “O vaxt bunu, kiçik milli tamaşa adlandırmışdılar.”-deyə Ohayo Universitetinin tarixçisi Ketrin Cellison bildirir. O, “Bu, bizim günümüzdür: Amerikalılar Ağ toyları xoşlayırlar” kitabının müəllifidir. Xanım Cellisonun sözlərinə görə, Ağ Evin Qızılgül bağında olan Trisianın toy mərasimi mətbuatın gündəmində olmuşdu. Gəlinin şəkli xəbər qəzetlərinin manşetində çap edilmiş, və 400 nəfərin iştirak etdiyi mərasim milli telekanalla canlı yayımlanmışdı. O zaman cənab Nikson yenidən prezident seçilmək ərəfəsində idi.

Ancaq prezident Corc Buş yenidən seçilməyə hazırlaşmadığından mətbuatın diqqətinə də ehtiyac yoxdur. Buna baxmayaraq “Bütün prezidentlərin uşaqları” kitabının müəllifi, tarixçi Douq Vid deyir ki, hazırkı ABŞ prezidenti qızının şəxsi həyatına həmişə ehtiramla yanaşıb: “Prezident çox vaxt qızının diqqət mərkəzindən kənarda qalmasını istəyib. Prezident valideynlər bunun uşaqları üçün necə vacib olduğunu anlayırlar və onlar əvvəlkilərlə nisbətdə daha yaxşı addımlar atırlar. Biz Çelsi Klintonun da şəxsi həyatını qoruyub saxladığını görmüşük”.

22 prezident övladı ataları kürsü başında olarkən ailə həyatı qurub. Vid deyir ki, onların çoxları üçün böyük mərasim təşkil edilib.

1906-cı ildə Teddi Ruzveltin qızı Alisiya ilə Nümayəndələr Palatasının spikeri Nikolas Lonqvorsla Ağ Evdə təşkil edilən toy mərasimi ən təmtəraqlılardan biri olub: “Bu nigahda dünyanın 4 bir yanından insanlar iştirak etmiş, hədiyyələr gətirilmişdi. 1980-ci ildə Alisiya Ruzveltin ölümündən sonra “Vaşinqton Post” qəzeti yazmışdı ki, prezident qızının toy mərasimindən ömrünün sonuna kimi açmadığı hədiyyələr hələ də qalmışdı”.

Müəllif Katrin Cellison müqayisə üçün deyir ki, bir çox amerikalı hətta Cenna Buşun yaxın günlərdə ailə həyatı quracağından xəbərdar belə deyil.

Cenna Buş bildirib ki, Texas onun evi olduğundan toy üçün oranı münasib bilib. O, özəl toy mərasimi keçirən ilk prezident övladı deyil. Misal üçün Cennanın bibisi. Hazırkı prezidentin bacısı 1992-ci ildə Ata Corc Buş hakimiyyət olan zaman ailə həyatı qurmuşdu. O, ikinci dəfə idi ki ərə gedirdi.

XS
SM
MD
LG