Birmada 34000 adamın ölümü və iki milyona qədər insanın evsiz-eşiksiz qalmasına səbəb olan Nərgiz siklonundan sonra bu ərazilərə ikinci belə qasırğanın gəldyi bildirilir. Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin Havayi adasındakı Pearl Harbor Tayfun Xəbərdarlıq Mərkəzinin bildirdiyinə görə, bu yeni qasırğa Birmanın İrravadi Vadisinə tərəf gəlməkdədir. Mərkəz qasırğanın bura əraziyə 24 saat ərzində çatacağını bildirib.
BMT-nin baş katibi Ban Ki Mun bu gün müxbirlərlə görüşü zamanı deyib ki, Birmaya yardımla əlaqədar nazirlərlə görüş keçirilməlidir. O, artıq bir sıra dövlətlərin liderləri ilə bu barədə danışıqlar apardığını bildirib. Lakin o, Birma lideri Than Şve ilə görüşməyəcəyini, telefon vasitəsi ilə əlaqə saxlamağa çalışacağını deyib.