Accessibility links

ABŞ prezidentinin Yaxın Şərq səfəri başa çatdı


ABŞ prezidenti Corc Buş ərəb liderlərini İran və Suriya kimi ölkələrin siyasətini inkar etməyə çağırıb. Corc Buş çağırışlarını bu gün Misirin Şərm Əl-Şeyx şəhərində təşkil edilən Yaxın Şərq İqtisadi Forumunda edib. Misir prezidentin 5 günlük Yaxın Şərq səfərinin son dayanacağı idi. ABŞ dövlət başçısı ərəb ölkələrindən istəyib ki, İranı nüvə silahları iddiasından əl çəkməyə çağırsınlar. Prezident Buş regional liderləri Fələstinin Həmas qrupuna müqavimət göstərməyə səsləyib. Forumdan əvvəl Corc Buş Fələstin muxtariyyəti və İordaniya rəsmiləri ilə görüş keçirmişdi.

XS
SM
MD
LG