Accessibility links

Əfqan jurnalist Apelyasiya Məhkəməsinə müraciət edib


İslama küfr ittihamı ilə haqqında ölüm hökmü çıxarılan əfqan tələbə jurnalist işgəncələrə məruz qaldığı üçün İslamı təhqir etdiyini etiraf etdiyini bildirib. Sayed Pərviz Kəmbəxş Kabil məhkəməsində bu gün deyib ki, birinci məhkəmə ədalətsiz olmuş və ona özünü müdafiə üçün cəmi 3 dəqiqə vaxt verilmişdi. O, özü müsəlman olduğu üçün öz dinini təhqir etmədiyini bildirib. Məhkəmə Kəmbəxşə vəkili ilə görüşüb, müdafiəyə hazırlıq üçün gələn bazara qədər vaxt verib. O, ölkənin Balx vilayət məhkəməsində yanvar ayında haqqında çıxarılan ölüm hökmü ilə bağlı apelyasiya şikayəti verib.
XS
SM
MD
LG