Accessibility links

Corc Buş Kubada siyasi məhbusların azadlığa buraxılmasına çağırıb


ABŞ prezidenti Corc Buş Kuba xalqı ilə həmrəylik gününün birinci ildönümü Kubada siyasi məhbusların azadlığa buraxılmasına çağırıb. Bu gün Ağ Evdə çxış edən prezident deyib ki, Kuba Fidel Kastro rejimi altında iqtisadi tənəzzülə uğrayıb, cəmiyyət on illərlə davam edən etinasızlığın qurbanı olub. Kubadakı son dəyişiklərə işarə edən ABŞ dövlət başçısı deyib ki, amerikalılar bu yaxınlarda kubalılara cib telefonları göndərə biləcək. Əgər kubalılar Raul Kastro hakimiyyəti altında bu telefonları ala bilsə, bu onların azad şəkildə danışmaları demək olacaq. Prezident 1972-ci ildə Kuba məhbəsində vəfat edən şair və dissident Pedro Luis Bitel də daxil edilməklə, siyasi məhbusları şərəflə yad edib.
XS
SM
MD
LG