Accessibility links

ABŞ prezidenti Con Makkeynin kampaniyasına maliyyə yardımı toplanmasına yardım edir


ABŞ prezidenti Corc Buş qeyri-populyar prezidentlə distansiya saxlamağa çalışan respublikaçı namizəd Con Makkeynin kampaniyasına maliyyə yardımı toplanmasına yardım edir. Senator Makkeynin kampaniyası Arizona və Yuta ştatlarında tədbiri mediaya bağlı saxlayır. Makkeynin prezident Buşun dəstəyinə ehtiyacı olsa da, təhlilçilərin fikrincə o, prezidentdən fərqli mövqeyə malik olduğunu nümayiş etdirmək istəyir.

Kampaniyada çıxışı zamanı Arizona senatoru İraq müharibəsini dəstəklədiyini bir daha təkrar edərək, heç vaxt təslim olmayacağını deyib. Nüvə təhlükəsizliyinə dair Makkeyn bildirib ki, nüvə silahlarının yayılmasına mane olmaq məqsədi ilə Rusiya və Çinlə əməkdaşlıq aparılmalıdır.

ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Con Makkeyni vəsait toplanması tədbirini özəl saxlamaqla, prezidentlə yaxınlığını gizlətməkdə günahlandırıb.

XS
SM
MD
LG