Accessibility links

Maykl Heyden: "Əl-Qaidə Yaxın Şərqdə gücünü itirir"


Mərkəzi Kəşfiyyat İdarəsi – CIA direktoru Maykl Heyden deyir ki, Əl Qaidə Yaxın Şərqdə gücünü itirir və dünyanın bir çox hissəsində müdafiə mövqeyi tutur. Heyden “Vaşinqton Post” qəzetinə deyib ki, Əl-Qaidə lideri Usama Bin Laden ABŞ-la müharibədə güclü olmaq üçün qrupa yeni üzvlər gətirməkdə çətinlik çəkir. CIA-in iki il əvvəlki araşdırması göstərirdi ki, müharibə terrorçu qrup üçün təbliğat və bazar vasitəsinə çevrilib. Heyden Əl-Qaidənin ən ciddi təhlükə kimi qaldığı barədə xəbərdarlıq etsə də, qrupun İraq və Səudiyyə Ərəbistanında strateji məğlubiyyətə uğradığını deyib.
XS
SM
MD
LG