Accessibility links

Sıçuan vilayətində böyük təhlükə yaradan gölün drenajlanması başlayıb


Çinin dövlət Şinxua agentliyinin bildirdiyinə görə, Sıçuan vilayətində böyük təhlükə yaradan gölün drenajlanması artıq başlayıb. Ötən ay baş verən zəlzələnin yaratdığı gölün su səviyyəsi qalxaraq, drenaj borusuna tökülüb. 475 metrlik boru Çinin yardım işçiləri tərəfindən çəkilib. Ərazidən artıq 250000 insan evakuasiya edilib. Su sədlərinin dağılması ilə bir milyondan artıq insanın su altında qalacağı təxmin edilirdi. Çinin gündəlik “China Daily” qəzetinin yazdığına görə bölgədə epidemik xəstəliklərdən müdafiə ən böyük problem olaraq qalır.

XS
SM
MD
LG