Accessibility links

Zimbabvedə müxalifət partiyasının baş katibi həbs edilib


Zimbabvenin əsas müxalifət partiyasının bildirdiyinə görə, polis partiyanın baş katibi Tenday Bitini həbs edib. Demokratik Dəyişiklik partiyası deyir ki, Biti bu gün təyyarədən paytaxt Harereyə enən kimi saxlanılıb. O, həbs ediləcəyini Cənubi Afrika Respublikasının Cohannesburq şəhərində təyyarə minəndən qısa müddət sonra öyrənmişdi. İyunun 27-də prezident Robert Muqabe ilə müxalifət lideri Morqan Tsvanqiray arasında ikinci raund seçkilərin keçiriləcəyi bir vaxt ölkədə siyasi gərginlik yüksək olaraq qalır. Dövlət qəzeti olan “Herald” vitse-prezident Jozef Msikaya istinadən bildirib ki, Morqan Tsvanqiraya səs vermək müharibəyə səs vermək kimi bir şeydir.
XS
SM
MD
LG