Accessibility links

Istanbuldakı ABŞ konsulluğu qarşısında toqquşma baş verib



Türkiyə rəsmiləri bildirirlər ki, İstanbuldakı ABŞ konsulluğu yaxınlığında silahlı şəıxslərlə polis arasında baş verən atışma zamanı 3 polis işçisi və 3 silahlı ölmüşdür. İstanbulun qubernatoru Muəmmər Gülər bu gün qətllər haqda məlumatı təsdiq etmişdir. Türkiyənin CNN və NTV televiziya kanalları silahlıların maşından qəflətən çıxaraq atəş açmağa başladıqlarını və bundan sonra polisin cavab atəşi açdığını xəbər verib.

Rəsmilər bu hücumu terror aktı adlandırmışlar. Polis işçilərindən birinin hadisə yerində, digərlərinin isə xəstəxanaya yaxınlaşarkən öldükləri xəbər verilir. Bir polis işçisinin və bir sürücünün də yaralandığı bildirilir.

XS
SM
MD
LG