Accessibility links

Türkiyənin baş prokuroru Aykat Çengiz Engin dövlət çevrilişi ittihamı ilə onlarla adam həbs edildiyini bildirib


Türkiyənin baş prokuroru 86 nəfərə qarşı dövlət çevrilişi üzrə ittiham irəli sürüb. Prokuror ittihamları bu gün İstanbul şəhərində açıqlayıb. Baş prokuror Aykat Çengiz Engin bildirib ki, müttəhimlər terror qrupuna üzv olmaqda və hökuməti devrimək cəhdində günahkar sayılır. Deyilənlərə görə müttəhimlər arasında sabiq ordu rəsmiləri və jurnalistlər də var. Şübhəlilər sərt xətt yönümlü Ergenekon adlı dünyəviçi qrup üzərində təhqiqata başlandıqdan sonra həbs ediliblər. Ötən həftə rəmsilər təhqiqatın bir hissəsi olaraq istefada olan 2 türk generalını həbs ediblər.

XS
SM
MD
LG