Accessibility links

Hindistan və Pakistanın baş nazirləri görüş keçirib


Hindistan və Pakistanın baş nazirləri Şri-Lankanın paytaxtında Cənubi Asiya Regional Əməkdaşlıq Cəmiyyətinin illik zirvə toplantısında görüşüblər. Bu, onlar arasında son 15 ayda keçirilən ilk yüksək səviyyəli görüşdür. İki ölkə arasında münasibətlər mübahisəli Kəşmir sərhədində atışmalar və iyul ayında 41 nəfərin ölümü ilə nəticələnən Hindistanın Kabildəki səfirlıyinə qarşı hücumdan sonra gərginləşib. Hindistan Pakistanın xarici kəşfiyyat agetliyini Kabildəki səfirliyinə hücum planında iştirak etməkdə ittiham edir. Pakistan isə bu ittihamları rədd edir. Hindistanın Xarici İşlər Naziri Pranab Muxerji bildirir ki, Cənubi Asiya Reqional Əməkdaşlıq Cəmiyyətinin üzləri iki günlük zirvə toplatısında sərhəd boyu terrorçuluğa qarşı mübarizəyə dair müqavilə imzalanacaq.

XS
SM
MD
LG