Accessibility links

Corc Buş Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən dünya liderləri arasında olub


ABŞ prezidenti Corc Buş bu gün Çində Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən dünya liderləri arasında olub. Mərasimdən əvvəl ABŞ-ın Çindəki səfirliyində danışan prezident deyib ki, söz azadlığına imkan verən cəmiyyətlər ən dinc və ən uğurlu cəmiyyətlərdir. Corc Buş Pekində açılan yeni səfirliyin Amerika-Çin münasibətlərinin möhkəm təməlinə işarə olduğunu deyib. Keçən həftə Çin Vaşinqtonda yeni səfirliyini açıb.

XS
SM
MD
LG