Accessibility links

Barak Obama Demokrat partiyasından  tarixi nominasiyasını rəsmən qəbul etdi


Barak Obama Demokrat partiyasından tarixi nominasiyasını qəbul edərək, Ağ Ev uğrunda iki ay davam edəcək mübarizədə ilk Afrika mənşəli prezidenliyə namizəd oldu. Senator Obama və onun kampaniya tərəfdaşı senator Co Bayden bu gün seçkinin taleyini həll edəcək əsa ştatlarlardan biri olan Pensilvaniyaya səfər edirlər.

Dünən axşam 80 minə yaxın tərəfdarının alqışları altında danışan Barak Obama dəyişiklik edəcəyinə söz verib və özü ilə respublikaçı rəqibi Con Makkeyndən arasında kəskin fərqi göstərib. Siyasi məsələlərə geniş yer ayrılan nitqi zamanı Barak Obama deyib ki, Makkeyn onun təsvir etdiyi kimi prezident Buşun uğursuz siyasətini sadəcə olaraq davam etdirəcək. Barak Obama İraq müharibəsinə məsuliyyətli şəkildə son qoyacağını, Əl-Qaidə və Taliban əleyninə mübarizəni son çatdıtracağına söz verib. O, Amerika ailələləri üçün vergiləri ixtisar edəcəyini və ABŞ-ın xarici neftdən asılılığına son qoyacağını vəd edib. Makkeynin kampaniyası Obamanın nitqinə reaksiya verərək, bunun insanları aldatmaq məqsədi daşıdığını bildirib.

XS
SM
MD
LG