Amerika
prezidentliyinə respublikaçı namizəd Con Makkeyn və onun vitse-prezidenti Sara
Peylin Minnesotanın Seint Pol şəhərində keçirilən qurultayda nümayəndələr
tərəfindən rəsmən nominasiya alacaqlar. Peylin nominasiyasını maraqla
gözlənilən nitq zamanı qəbul edəcək. Burada həm də Alyaska qubernatorunun
təqdim olunacağı gözlənilir. Makkeyn və Peylin prezident Corc Buş da daxil
olmaqla məşhur insanlar dəstəyini alıb. Ağ Evdən peyk vasitəsilə qurultaya
qoşulan cənab Buş deyib ki, Makkeyn Amerikanı potensial terrorçu hücumlarından
uzaq tutmağın lazım olduğunu başa düşür. O habelə Makkeyni ABŞ qüvvələrinin İraqda
mübarizəsini dəstəklədiyinə görə alqışlayıb.