Accessibility links

Rusiya ABŞ-ın müdafiə sistemini hədəf ala bilər


Rusiyanın ali müdafiə rəsmisi ölkəsinin ballistik raketlərini ABŞ-ın Avropadakı müdafiə sistemlərinə tuşlamasının mümkünlüyü barədə xəbərdarlıq edib. Xəbər agentliklərinin bu gün general Nikolay Solovtsova istinadən bildirdiyinə görə, ABŞ Polşa və Çex Respublikasında raketlərdən müdafiə planları ilə irəli getsə, Rusiya ölçülər götürə bilər. Birləşmiş Ştatlar və Polşa keçən ay Varşavada müdafiə razılığına imza atmışdırlar. Razılaşma Amerikaya Polşada 10 raketdən müdafiə qurğusu yerləşdirməyə imkan yaradır. ABŞ habelə Çex Respublikasında radar quraşdırmağı planlaşdırır. Xəbardarlıq Rusiya xarici işlər naziri Serqey Lavrovun Varşavada Polşalı həmkarı Radoslav Sikorski ilə bu həftə təhlükəsizlik məsələsini müzakirə etməsindən öncə səslənib.

XS
SM
MD
LG