BMT-nin
ticarət və inkişaf üzrə ali rəsmisinin sözlərinə görə, Asiyanın maliyyə
sistemini qorumaq üçün maliyyə tənzimləyicilərini gücləndirməsi lazımdır.
Ticarət və İnkişaf üzrə BMT konfransının baş katibi Supaçay Paniçpakdi bu gün
Asiya ölkələrini regional əməkdaşlığı yaxşılaşdırmaq üçün ciddi addımlar atmağa
çağırıb. Keçən ay ABŞ-da maliyyə böhranı başlayandan bəri Yaponiya, Avstraliya,
Hindistan və başqa dövlətlərin mərkəzi bankları kredit bazarlarına milyardlarla
dollar pul axıdıb. Cənab Supaçayın sözlərinə görə, ABŞ maliyyə yardım paketi
böhranın həllini deyil, müvəqqəti yardımı təmin edir. O, mərkəzi bankları
iqtisadi stabiliyin inkişafı siyasətini davam etdirməyə çağırıb.