Accessibility links

Pakistanda raket hücumu zamanı 20 nəfər həlak olub


Pakistan kəşfiyyatının rəsmiləri bildirirlər ki, Birləşmiş Ştatlara məxsus olduğundan şübhələnilən raket hücumu nəticəsində əcnəbi yaraqlılar daxil olmaqla, azı 20 nəfər öldürülüb.

Tayfaların yaşadıqları Şimali Vəziristan vilayətinin Məhəmməd Xel kənd sakinləri öldürülənlərin cəsədlərini bu gün dəfn ediblər.

Pakistan rəsmiləri deyirlər ki, pilotsuz idarə olunan tayyarə Əfqanıstan sərhəddi yaxınlığında yerləşən bir evə raket atıb. Rəsmilər həlak olanların çoxunun ərəb olduğunu bildirirlər.

XS
SM
MD
LG