Accessibility links

Şimali Koreya nüvə obyektinin təftişini bərpa edir


Şimali Koreya keçən həftə ölkədən çıxardıqdan sonra BMT-nin nüvə müşahidəçilərinin əsas nüvə obyektinin təftişini bərpa edəcək. Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə obyektin pluton istehsal edən şöbəsi də daxil edilməklə, bütün hissələrinin yoxlanışına icazə veriləcək. Pxenyan Yonqbyon nüvə stansiyasının fəaliyyətinin dayandırlacağını dünən elan edib. Şimali Koreya terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmağına görə, beynəlxalq müfəttişlərinin işini dayandırmışdı. Şənbə günü ABŞ-ın Şimali Koreyanın təftişə icazə verəcəyini bildirməsindən sonra o ölkənin həmin siyahıdan çıxarıldığını bəyan etmişdi.

XS
SM
MD
LG