Accessibility links

Iranın Makı şəhərində etiraz aksiyası keçirilib


İranın Qərbi Azərbaycan əyalətinin Makı şəhərinin sakinləri icra hakimiyyəti binası qarşısında etiraz aksiyası keçirib. Makı şəhəri sakinlərinin etirazına hökumət orqanlarının 1 ay əvvəl baş vermiş daşqınlar nəticəsində dağılan yaşayış yerlərinin yenidən qurulması ilə bağlı əhaliyə yardım vədlərini yerinə yetirməməsi səbəb olub.

Etirtaz aksiyasına qatılan minlərlə sakin ilkin ehtiyaclarının hələ də təmin olunmadığından gileylənib. Aksiya iştirakçılarının dediyinə görə, havanın soyuması və qış mövsümünün yaxınlaşması onsuz da ağır vəziyyətdə olan təbii fəlakat qurbanlarını qayğılandırır.

Keçən ay Qərbi Azərbaycanın bir sıra şəhərlərində şiddətli yağışlar nəticəsində daşqınları baş vermişdir. Təbii fəlakət 3 nəfərin ölümünə yol açmaqla yanaşı, ağır xəsarətlər və milyonlarla ölçülən dağıntılara səbəb olmuşdur.

XS
SM
MD
LG