Accessibility links

Barak Obama nənəsinə baş çəkmək üçün Havay adalarına gedib


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama bu gün 85 yaşlı xəstə nənəsi Madelin Dunhama baş çəkmək üçün vətəni Havaya gedib. Televiziya ilə nümayiş etdiirlən müsahibəsi zamanı Obama 1995-ci ildə vəfat edən anası ilə onun ölümündən əvvəl görüşə bilmədiyini və bir daha belə bir səhvə yol vermək istəmədiyini deyib. Sabah demokrat namizəd kampaniyasını Nevada ştatında davam etdirəcək. Dünən İndiana ştatında tərəfdarları qarşısında çıxış edən Obama respublikaçı rəqibi Con Makkeyni korporasiya vergilərinin ixtisarı planına görə tənqid etmişdi. ABŞ prezidentliyinə demokrat və respublikaçı namizəd Barak Obama və Con Makkeyn seciçiləri onlara səs verməyə qane etdikləri vaxt keçirilən rəy sorğularının nəticələrinə görə, Obama Makkeyndən irəlidədir. Seçkilərə 11 gün qalmış Real Clear Politics.com-un keçirdiyi sorğulara görə, Obama 2004-cü ildə prezident Buşun qələbəsini təmin edən Ohayo və Kolorado ştatlarında Makkeyndən öndədir.
XS
SM
MD
LG