Accessibility links

İran prezidenti xəstələnib


İran rəsmiləri ölkə prezidenti Mahmud Əhmədinejadın xəstələnməsi haqda dolaşan xəbərlərə geniş reaksiya vermirlər. İranın dövlət xəbər agentliyi İRNA qanunvericiyə istinad edərək cənab Əhmədinejadın “əvvəl-axır” sağalacağına və prezident kimi fəaliyyətini bərpa edəcəyinə ümidini izhar edib. Millət vəkili İsmail Kovsari cənab Əhmədinejadın müttəfiqidir. O, bildirib ki, prezidentin iş cədvəli sıxdır və çox işləyən insanlar üçün xəstələnmək qeyri-adi hal deyil. Prezident idarəsinin rəsmisi də oxşar şərhlər səsləndirib. İran prezidenti Çərşənbə gününə təyin edilmiş çıxışını təxirə salmış və bununla da qarşıdan gələn İyun ayında keçiriləcək seçkilərdə iştirak edə bilməyəcəyi haqda şayiələrə yol açmışdır. Kovsari bu söz-söhbəti “psixoloji müharibə” kimi dəyərləndirir.
XS
SM
MD
LG