Accessibility links

Pakistandakı intiharçı hücumu 8 nəfərin ölümü ilə nəticələnib


Pakistan rəsmiləri bildirirlər ki, intiharçının idarə etdiyi yük maşınının Cənubi Vəziristanın Vana şəhərinin 20 kilometrliyindəki yarı- hərbi yoxlama məntəqəsinə hücumu nəticəsində 8 adam həlak olub. Pakistanın qəbilələrin yaşadığı bu bölgəsi Əl-Qaidə və Taliban yraqlılarının istehkamı hesab edilir. Bu, Birləşmiş Ştatların Pakistanın cənub-qərb bölgəsinə raket hücumundan iki gün sonraya təsadüf edir. Pakistan rəsmiləri əməliyyat zamanı Əl-Qaidənin aşağı rütbəli lideri də daxil edilməklə, 20 nəfərin öldüyünü bildirirlər.

XS
SM
MD
LG