Bu günlər amerikalı ərəblər Nyu Yorkun Bruklin hissəsində toplaşaraq, yerli nümayəndələr, habelə prezidentliyə demokrat namizəd Barak Obama və respublikaçı rəqibi Con Makkeynin nümayəndərilə görüş keçiriblər.
Birləşmiş Ştatlarda üç milyon amerikalı ərəbin olduğu deyilir. Onların böyük hissəsi Florida, Ohayo, Pensilvaniya v. Virciniya ştatlarında yaşayır. Bu ştatlar seçki yarışında mühüm ştatlar hesab edilir.
Cim Zoqbi Vaşinqtonda ərəb-Amerika institunun rəhbəridir. O deyir ki, amerikalı ərəblər amerikalıların hamısını narahat edən məsələlərinqayğısını çəkir.
Onun sözlərinə görə, bu yaxınlarda amerikalı ərəblər arasında keçirilmiş rəy sorğusu onların 80 faizinin iqtiasdiyyatdan narahat olduğunu göstərir.
Iraq müharibəsi, səhiyyə xidmətləri, benzin qiymətləri və təhsil amerikalıları ərəbləri maraqlandıran məsələlərdir.
Amerikalı ərəblərin təxminın yarısını qeydiyyatdan keçən demokratlar təşkil edir.
Keçən ay keçirilmiş rəy sorğusuna görə, amerikalı ərəb seçicilər arasında Obama Makkeyndən 14 faiz irəli idi.
Lakin amerikalı ərəblər prezident seçki kampaniyası zamanı “ərəb” və “müsəlman” sözlərinin işləndiyi kontekstdən narazıdırlar.
İnternet səhifələrinin birində senator Barak Obamanın müsəlman olduğuna dair şaiyələr yayılmışdı. Respublikaçı vitse-prezidentliyə namizəd Sara Peylin Obamanın terrorçularla əlaqəsi olduğunu iddia etmişdi.
Bu yaxınlarda seçki tədbirlərinin birində ibr qadın Con Makkeynə demişdi ki, o, senator Obamanın ərəb olduğunu eşidib.
Con Makkeynin “O, layiqli ailə başçısı və vətəndaşdır” deməsi amerikalı ərəblər arasında narazılıq doğurmuşdur.
Bu yaxınlarda ABŞ-ın keçmiş Dövlət katibi Kolin Pauel amerikalı ərəblərin ucadan söyləmədiyi fikri səsləndirdir. Senator Obama müsəlman olsaydı, burada nə qəbahət varki?
Amerikalı ərəblər deyir ki, onlar ölkəyə görə başqa amerikalılardan heç də az narahat deyillər. Çoxları deyir ki, onların səsinin eşidilməsinin ən yaxşı yolu səsvermədə iştirakdır.