Accessibility links

Con Makkeyn Obamaya yardımçı olacağını deyir


Senator Con Makkeyn bütün Amerikalıları sabiq rəqibi Barak Obamanı təbrik etməyə çağıraraq yeni prezidentə xoş məram nümayiş etdirməyin vacibliyini vurğulayıb. Dünənki təslim çıxışında Respublikaçı senator cənab Obamaya ölkəni birləşdirmək, firavanlığı bərpa etmək və təhlükəsizliyi təmin etməkdə yardım göstərmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, cənab Obamanın milyonlarla insanı ruhlandırmaq qabiliyyətini yüksək dəyərləndirib. ABŞ tarixində ən uzun prezident kampaniyasının sonunda bəzi Makkeyn tərəfdarları dərin məyusluq hissi keçiriblər. Məğlubiyyətinə baxmayaraq Senator Makkeyn ABŞ siyasətində aparıcı fiqurlardan biridir. Onun Arizona senatorluğu dönəmi 2010-cu ildə bitəcək.
XS
SM
MD
LG