Accessibility links

Barak Obama Con Makkeynlə görüşüb


ABŞ-ın növbəti prezidenti Barak Obama bu gün Con Makkeynlə görüşüb. Barak Obama və senator Con Makkeyn arasında görüş Çikaqoda, cənab Obamanın keçid dövrü ofisində keçirilib. Bu, noybarın 4-də onun Arizona senatorunu prezident kürsüsü uğrunda mübarizədə məğlub etməsindən bəri sabiq rəqibi ilə ilk görüşüdür. Obamanın keçid komandası bildirib ki, siyasətçilər görüşdə hökumətin effektiv və səmərəli işləməsini müzakirə ediblər. Cənab Obama deyib ki, o, ölkənin problemlərini həll etmək üçün Demokratlar və Respublikaçılarla birgə çalışmaq istəyir.

Dünən telelviziyaya müsahibə verən Obama deyib ki, o, iqtisadiyyatı bərpa etmək, istehlakçı etimadını qaytarmaq və iş yerləri açmaq üçün əlindən gələni əsirgəməyəcək.

XS
SM
MD
LG