Accessibility links

Rumıniyada parlament seçkiləri keçirilir


Qlobal iqtisadiyyatın Rumıniyada iş yerlərinin ixtisarı ilə nəticələnicəyi ehtimal olunduğu vaxt, ölkədə bu gün parlament seçkiləri keçirilir. Son rəy sorğuları göstərir ki, iki müxalif partiya – sabiq kommunist Sosial Demokratlar və mərkəzçi Liberal Demokratlar seçki yarışında bərabər dəstəyə malikdirlər. Sorğu hər bir partiyanın 30 faiz səs alacağını təxmin edir. Bir qədər geri olduğu göstərilən baş nazir Kalin Popeskunun hakim Liberal partiyasının isə təxminən 20 faiz səs toplayacağı bildirilir. Seçkilərdə hər hansı bir partiyanın səs çoxluğu əldə edəcəyi gözlənilmir. Səsvermə məntəqələri bu gün yerli vaxtla saat 9-da bağlanacaq.

XS
SM
MD
LG