Kosovonun paytaxtı Priştinada yüzlərlə insanın iştirakı ilə ölkəyə Avropa Birliyinin polis və təhlükəsizlik missiyası əleyhinə etiraz aksiyası keçirilib. Keçən həftə BMT-nin Təhlükəsizlik Şurası Kosovo albanları liderlərinin etirazına baxmayraq, missiyanı təsdiq edib. BMT-nin baş katibi Pan Gi Munun təklif etdiyi plana əsasən, alban və Kosovodakı serb qüvvələri iki müxtəlif komanda altında idarə ediləcək. Etnik albanların yaşadığı bölgələrdə yerləşdirilən qüvvələr Avropa Birliyinin yeni missiyasına, serblərin ərazilərindəki qüvvələr isə BMT rəsmilərinə hesabat verməlidir. Kosovo albanları isə bu planın paralel şəkildə ölkədə iki administasiya yatardığını deyirlər. Onları bu planın serblərin nüfüzünu artıracağı qorxudur.