Accessibility links

Əli Zərdari Hindistanla sülh prosesini zəruri sayır


Pakistan prezidenti Asif Əli Zərdari deyir ki, Hindistanla sülh prosesi 170 nəfərin ölümü ilə nəticələnən Mumbay hücumunda məsuliyyət daşıyan terrorçuların məqsədlərinin boşa çıxmasına şərait yaradacaq. “The New York Times” qəzetində deyildiyinə görə, cənab Zərdari habelə hücumda iştirak edənlərin ölkəsi tərəfindən təqib olunacağına, həbs ediləcəyinə və cəzalandırılacağına söz verib. O deyib ki, bazar günü keçirilən əməliyyatlar zamanı bir neçə şübhəli saxlanılıb. Reydlər dünən daha geniş şəkildə davam etdirilib. Həbs edilənlər arasında hücumun təşkilatçılarında biri olduğu ehtimal edilən Zəki Rəhman Laxvi də var. Pakistan xarici işlər naziri Şah Mahmud Qureşi şübhəlilərin Hindistana təhvil verilməyəciyini bildirib. O deyib ki, şübhəlilərə qarşı ölçülər ölkənin öz qanunları çərçivəsində götürüləcək.

XS
SM
MD
LG