Accessibility links

Moskvada qaz ixrac edən ölkələrin forumu keçirilir


Rusiya baş naziri Vladimir Putin xəbərdarlıq edir ki, ucuz təbii qaz erası başa çatır. Belə ki, sənayenin inkişafı üçün multi-milyard dollarlıq investisiya tələb olunur. Moskvada Qaz İxrac Edən Ölkələri Forumunda çıxış edən Putin bildirib ki, təbii qazın mayeləşdirilməsi üçün yeni obyektlərin və xüsusi terminalların inşası lazımdır. O, deyir ki, mövcud qaz yataqları tükənmək üzrədir və yenilərini inkişaf etdirmək vaxt aparacaq. Bunun nəticəsində isə araşdırma, hasilat və nəqliyyata sərf olunan xərclər artır.

Cənab Putinin sözlərinə görə bu, o deməkdir ki, qlobal maliyyə problemlərinə baxmayaraq ucuz enerji, ələlxüsus ucuz qaz erasi bitməkdədir.

Qaz İxrac Edən Ölkələrin Forumu 2001-ci ildə Rusiya və 13 başqa qaz ixrac edən ölkələr tərəfindən təsis olunub. Bu foruma habelə Iran, Venesuela və Qatar daxildir. Norvec və Ekvatorial Qvineya təşkilatda müşahidəçi statusuna malikdir. Üzvlər deyir ki, forumda dünya boyu qaz yataqlarının inkişafı , təchizat və təlabat kimi məsələlər müzakirə olunur. Lakin OPEK-in neft qiymətlərinə nəzarət etdiyi kimi GECF qaz qiymətlərinə təsir göstərmir.

Moksvada yerləşən Otkrıtiya Maliyyə Korporasiyasının neft və qaz üzrə təhlilçisi Nataliya Milçakova deyir ki, təşkilatı neft kartelindən fərqləndirən başlıca amil xammalın daşınması mexanizmidir. Hazırda qaz uzun müddətli kontraktlar əsasında boru kəməri vasitəsilə ötürülür. Neft isə gəmilərdə daşına bildiyinə görə təchizatçı bunun nəqlinə və eləcə də bazardakı qiymətlərə nəzarət edə bilir. Milçakova deyir ki, qazın mayeləşdirilməsi onun neft kimi nəqliyyatına yol aça bilər ki, bu da situasiyanı dəyişər.

Analist təşkilatın nə vaxtsa bazar qiymətlərinə təsir göstərmə imkanlarını istisna etmir. Lakin Milçakova bunun yaxın gələcəkdə baş verə biləcəyinə inanmır.

Bu arada Moskva, rəsmi Kiyev 2 milyard dollar borcunu ödəmədiyi təqdirdə, yanvarın 1-dən etibarən Ukraynaya təchiz edilən qazın dayandırılması ilə bağlı xəbərdarlıq edib. Bu artıq 3-cü ildir ki, Rusiya qışın ortalarında məsələ qaldırır.

Rusiyanın Qərbi Avropaya qaz nəqliyyatı Ukrayna ərazisindən keçən boru kəmərləri ilə nəql edilir. Rusiyanın Qazprom şirkətinin sədri və baş nazir müavini Viktor Zubkov bəyan edib ki, əgər Rusiya ilə Ukrayna arasında mübahisə həll edilməsə onda Avropaya daxil olan qaz təchizatı dayana bilər.
XS
SM
MD
LG