Accessibility links

Qəzza zolağında cərəyan edən hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir


Qəzza zolağında cərəyan edən hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu gün Roma Papası XVİ Benedikt müqəddəs torpaqlarda zorakılıqlara son qoyulmasına səsləyib. ABŞ Həması atəşkəsin pozulmasında günahlandıraraq, asayişin bərpasına çağırıb. Ağ Ev Həmasın İsrailə qarşı hücumlarını "qəbuledilməz" adlandırıb. Israilin hücumları isə müsəlman dünyasında kəskin şəkildə qınanılıb. İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi müsəlmanları fələstinlilərin müdafiəsinə çağırıb. O, ərəb hökümətlərini “təşviqedici sükuta“ görə qınayıb. Ərəb Liqası isə vəziyyətlə bağlı növbədənkənar yığıncaq keçirir.

XS
SM
MD
LG