Accessibility links

BMT Qəzzada zorakılıqların dayandırılmasına çağırıb


BMT Təhlükəsizlik Şurası Qəzza zolağında zorakılıqların dərhal dayandırılmasına çağırıb. Şuranın üzvləri bu gün Nyu-Yorkda toplaşaraq 270-dən çox fələstinlinin həlak olması ilə nəticələnən zorakılıqları müzakirə edib. İsrail bildirir ki, ölənlərin çoxu Hamas qrupunun üzvüdir. Şuranın üzvləri İsrail ilə Fələstin ərazisi arasındakı problemlərin siyasi yolla həlli üçün tam sakitliyə ehtiyac olduğunu qeyd edib. Fələstinlilərin BMT-dəki nümayəndəsi Riyad Mənsur deyib ki, Təhlükəsizlik Şurasının dərhal atəşkəs çağırışı İsrail hərbçilərinin Qəzzadakı fələstinlilərə qarşı “cinayətkarlığın” dayandırılması deməkdir. İsrailin BMT-dəki səfiri isə deyib ki, ölkəsi özünü müdafiə etməlidir, döyüşlərə son qoymaq üçün sülhün əldə edilməsini arzulayır.

XS
SM
MD
LG