Accessibility links

Türkiyə İsraillə Suriya arasında vasitəçilik səylərini dayandırır


Türkiyə bildirib ki, İsrailin son günlər Qəzza zolağında Həmasa endirdiyi zərbələr üzündən o, İsraillə Suriya arasında vasitəçilik səylərini dayandırır. Türkiyənin xarici işlər naziri Əli Babacan bu gün bildirib ki, İsrail Qəzzadakı müharibəyə son qoymadan Suriya ilə sülhdən danışa bilməz. Şənbə günü Suriya bəyan edib ki, Qəzzada 300-dən artıq fələstinlinin ölümü ilə nəticələnən hərbi əməliyyatlar onun İsraillə sülh danışıqlarına mane olur. Bu gün səhər Ankarada Babacanla Misirin xarici işlər naziri Əhməd Əbul Qeytin görüşündə Qəzzadakı döyüşlərin qarşısını almaq yolları müzakirə olunub. Tərəflər İsraili bölgədə əməliyyatları dayandımağa və Yaxın Şərqdə gərginliyin aradan qaldırılması istiqamətində addımlar atmağa çağırıb.

XS
SM
MD
LG